Uşu yarışlarında İranın 7 idmançısı çempionluğa yüksəldi

22 may 2017

İslam Həmrəyliyi Oyunlarının sonuncu yarış günündə uşu yarışlarında İran idmançıları müvəffəqiyyətlə çıxış edərək 7 qızıl medal qazandılar.
Azərbaycanın bu növdə finala çıxan üç idmançısı həlledici döyüşlərdə məhz İran təmsilçilərinə məğlub oldu.

İran uşu ustalarından türkiyəli Sadik Pəhlivanı məğlub edən Moein Hacızadəni, tunisli Yassin Həmzəiyə qalıib gələn Ərfanı, azərbaycanlı Bayram Şəmmədovu qızıl medaldan məhrum edən Forud Zəfərini, daha bir ev sahibi Vüqar Kərəmovdan üstün olan Yəzdan Mirzəyini xüsusi qeyd etmək olar.

İran məhz uşudakı nailiyyəti ilə qızıl medalların sayını 38-ə çatdırmaqla medallar cədvəlində üçüncü yerdə mövqeyini möhkəmlətdi.

© AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR