İran voleybolçuları öz güclərini bir daha nümayiş etdirdilər

21 may 2017
GLYN KIRK / Baku 2017 / AFP-Services
GLYN KIRK / Baku 2017 / AFP-Services

İran kişilər arasında keçirilən voleybol yarışlarının finalında qalib gəlməklə, Azərbaycanın bu növdə dubl etmək arzusunun reallaşmasına mane oldu.

Azərbaycanın kişi voleybolçuları qadın komandası kimi, qızıl medal qazanmaq istəyirdi və buna görə onlar bazar günü axşam saatlarında keçirilən oyuna əzmlə başladılar.

Yarımfinallarda Əlcəzair komandasını məğlub etmiş Azərbaycan finalda birinci setin əvvəlində üstünlüyü ələ alaraq 6:4 önə keçdi, lakin güclü rəqib setin sonrakı dəqiqələrində yüksək səviyyəli oyun nümayiş etdirərək 17:11 hesabı önə keçdi.

İran komandası güclü müdafiə olunaraq rəqib komandanın hücumlarının qarşısını məharətlə almaqla, həm də güclü əks həmlələr edirdi. Nəticədə ilk seti İran 25:16 hesabı ilə qazandı.

İran komandası birinci seti qalibiyyətlə başa vurmasına baxmayaraq, ikinci setdə xal etibarilə meydan sahibindən geri qalırdı və Azərbaycan voleybolçuları bu üstünlüyü setin son dəqiqələrinə kimi qoruyub saxladılar. Lakin məğlubedilməz çempionlar adına layiq görülmüş, Asiya Oyunlarının qızıl medalçısı İran son anda hesabı bərabərləşdi (22:22).

İkinci set İranın iki xal üstünlüyü (29:27) ilə başa çatdı. Üçüncü set də İranın qələbəsi ilə başa çatdı (20:18) və ümumilikdə 3:0 hesabı ilə qalib gələrək qızıl medal qazandı.

Komandanın kapitanı Rəsul Ağçehli komandasında 22 xal qazandırdı, 19 zərbə vurdu, Əliəsgər Mojarad isə müdəfiədə yüksək oyun nümayiş etdirdi.

Oyunun sonunda İran qızıl medal, Azərbaycan isə gümüş medalla mükafatlandırıldı. Əlcəzair Türkiyəyə 3:1 hesabı ilə qalib gəlməklə fəxri kürsünün üçüncü pilləsində yer aldı.

AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR